İspaniyanın 5 bələdiyyə başçısı sikkə atmaqla seçilib


İspaniyada mayın 28-də keçirilən yerli seçkilərdə əhalisi az olan 5 yaşayış məntəqəsində namizədlər bərabər səs topladığı üçün bələdiyyə başçıları püşkatma yolu ilə müəyyənləşib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, seçkilərin keçirildiyi 8131 yaşayış məntəqəsindən 5-də namizədlərə bərabər səslər verilib.

Ölkədəki seçki qanunlarına görə, bərabərlik halında bələdiyyə sədri püşkatma yolu ilə müəyyən edilməli olduğundan əhalisi 550 ilə 2000 arasında olan bu yerlərdə bələdiyyə sədrlərini müəyyən etmək üçün sikkə atma üsulu tətbiq edilib.

Bələdiyyə binalarında ictimaiyyət qarşısında təşkil edilən püşkatma mərasiminin qalibləri növbəti seçkilərə qədər 4 il xidmət edəcəklər.

Müxalifətdəki sağ partiyaların yerli seçkilərdə qazandığı böyük uğura görə Baş nazir Pedro Sançez ispanların normal olaraq ilin sonunda keçiriləcək ümumi seçkiləri təxirə salaraq 23 iyulda seçkiyə gedəcəklərini açıqlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu