İbrahimoviç "Milan"ı tərk edir


41 yaşlı isveçli hücumçu Zlatan İbrahimoviç "Milan"ı tərk edəcək.


Bu barədə "Frans Press" agentliyi kluba istinadən xəbər verib.

"Mövsümün son oyunundan sonra bazar günü axşam "Milan" qısa mərasimdən sonra Zlatan İbrahimoviçlə vidalaşacaq", - İtaliya klubu bildirib.

Qeyd edək ki, İbrahimoviç 2020-ci ildə "Milan"a keçib. O, daha əvvəl 2010-2012-ci illərdə də komandada çıxış edib. Hücumçu həmçinin Ajax, Inter, Juventus, Barcelona, ​​Manchester United, Paris Saint-Germain oynayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu