İbrahimoviç əməliyyat olundu
İtaliya "Milan"ının futbolçusu Zlatan İbrahimoviç sol dizindən əməliyyat olunub.
İsveçli hücumçu avqustun ortalarınadək meydana çıxa bilməyəcək.
40 yaşlı forvard dizindəki zədəyə görə Avropa çempionatını buraxmalı olub.
Qeyd edək ki, İbrahimoviç ötən mövsüm A Seriyasında 19 oyun keçirib və 15 qol vurub.