Ərdoğan: "Biz istənilən vaxt Şuşada Baş Konsulluğumuzu açmağa hazırıq"


Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Şuşada Baş Konsulluğunu istənilən vaxt açmağa hazır olduğunu açıqlayıb.


O, bunun bütün dünyaya, xüsusən də Ermənistana fərqli mesaj ola biləcəyini vurğulayıb.

Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Gənclik Sarayında nümayəndə heyətləri arasında keçirilən görüşün açılışında Azərbaycan Prezidenti İlham Əliyevlə danışığı zamanı bildirib.

Yenidən prezident seçildikdən sonra ŞKTC-yə, oradan da Bakıya gəldiklərini deyən Ərdoğan onu qəbul etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Türkiyə-Azərbaycan qardaşlığının bütün dünyada həsədlə izləndiyini vurğulayan Ərdoğan bunun son nümunəsinin Türkiyədə baş verən zəlzələ faciəsində göründüyünü xatırladıb.

Azərbaycan hökumətinin və xalqının Türkiyənin ağrısını öz ağrıları kimi paylaşdığını, heyətlərin dərhal zəlzələ bölgəsinə gəldiyini xatırladan Ərdoğan, “Ürəyi bizimlə döyünən hər bir Azərbaycan vətəndaşına öz adımdan və millətim adından minnətdaram" deyib.

Şuşa bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qaldırılan əlaqələri hər sahədə inkişaf etdirmək əzmində olduqlarını vurğulayan Ərdoğan bu sözləri deyib:

"Biz istənilən vaxt Şuşada Baş Konsulluğumuzu açmağa hazırıq. Hakan bəy, bu məsələ ilə bağlı gecikmədən... Şuşadakı Baş Konsulluğumuz açıla bilsə, bu, başda Ermənistan olmaqla bütün dünyaya fərqli mesaj olacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu