FIFA ofsayd qaydasına dəyişiklik etdi


FİFA ilk olaraq yalnız İtaliya və İsveçdə tətbiq olunacaq yeni ofsayd qaydasını təsdiqləyib. Yeni qaydaya görə, oyunçunun bütün bədəni müdafiə xəttinin qarşısında olarsa, ofsayd veriləcək.


FİFA bir santimetr ofsayd mövqelərinin qarşısını almaq üçün işə başlayıb.

Yeni oyundankənar vəziyyət qaydasına əsasən, oyunçunun bütün bədəni müdafiə xəttinin qarşısında olarsa, ofsayd bayrağı qaldırılacaq. Yalnız diz, çiyin və ya əl irəlidədirsə, ofsayd qərarı verilməyəcək.

Qaydanın ilkin olaraq yalnız İtaliya və İsveçdə tətbiq ediləcəyi açıqlanıb. Tətbiqdən istənilən nəticə alınarsa, yeni qayda bütün dünyada qüvvədə olacaq. Bu qayda ilə FİFA futbolu daha baxımlı etməyi hədəfləyir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu