Çinlilər ABŞ səfirliyində ABŞ Müstəqillik Günü münasibətilə öz himnlərini oxudular


ABŞ-ın Çindəki səfirliyinin ABŞ-ın Müstəqillik Günü münasibətilə təşkil etdiyi ziyafətdə çinlilər Çin Xalq Respublikasının himnini oxuyublar.


AFN.az xəbər verir ki, görüntülər sosial şəbəkələrin Çin seqmentində yayılıb.

Tədbir iyulun 4-də Amerikanın Pekindəki diplomatik nümayəndəliyi tərəfindən təşkil olunub. Qəbulda Çinin xarici işlər nazirinin müavini Ma Zhaoxu iştirak edib. Amerika Birləşmiş Ştatlarının səfiri Nikolas Börns təntənəli nitq söyləyib, onun çıxışının stenoqramı Amerika səfirliyinin saytında dərc olunub.

Bundan əvvəl isə Respublikaçılar Partiyasının Twitter hesabında iyulun 4-də, ABŞ-ın Müstəqillik Günündə səhv bayraqla müşayiət olunan təbrik peyda olub - Amerika bayrağının əvəzinə Qərbi Afrikada yerləşən Liberiya dövlətinin bayrağı yapışdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu