BBC-də qalmaqalın mərkəzində olan şəxs bəlli oldu


Britaniyanın BBC kanalındakı təqib iddialarının arxasındakı adın kanalın məşhur ekran siması Huw Edwards olduğu məlum olub.


Məşhur aparıcı Huw Edvardsın həyat yoldaşı aparıcının adından yazdığı məktubda Edvardsın psixi sağlamlıq problemləri olduğunu açıqlayıb. Edvardsın yetkinlik yaşına çatmayan uşağın nalayiq şəkillərini satın aldığına dair iddialar var.

Hadisə "The Sun" qəzetinin xüsusi xəbəri ilə gündəmə gəlmişdi.

Hesabatda adı açıqlanmayan BBC əməkdaşının yetkinlik yaşına çatmayan yeniyetmənin uyğun olmayan görüntülərini satın aldığına dair iddialar yer alıb.

İddialar bununla məhdudlaşmayıb. Həmçinin, başqa bir azyaşlı bildirib ki, aparıcı onunla tanışlıq proqramı vasitəsilə əlaqə saxlayıb. Digər bir iddia isə aparıcının 2021-ci ildə tanışlıq saytında kimsə ilə görüşmək üçün kilidləmə qaydalarını pozması idi.

Bütün bu iddialardan sonra Edvardsın həyat yoldaşı Vicky Flind Edvardsın adından yazdığı məktubda məşhur aparıcının psixi sağlamlıq problemləri olduğunu və hazırda xəstəxanada müalicə olunduğunu açıqlayıb.

Bu açıqlamadan əvvəl polis iddialarla bağlı hər hansı bir cinayət sübutunun olmadığını açıqlamışdı.

Qalmaqalın mərkəzində olan 61 yaşlı BBC aparıcısı son 20 ildə kanalın əsas xəbər bülletenini təqdim edir. BBC iddialar gündəmə gələndə sözügedən işçinin işdən çıxarıldığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu