Almaniya: "İsrail cəmiyyətində dərinləşən gərginliyi böyük narahatlıqla izləyirik"


Almaniya İsrail Parlamentinin Ali Məhkəmənin hökumət üzərindəki nəzarətini aradan qaldıracaq mübahisəli qanun layihəsini təsdiqlədikdən sonra cəmiyyətdə dərinləşən gərginlikdən böyük narahatlığını ifadə edib.


Xarici İşlər Nazirliyindən verilən açıqlamada, İsrail və xalqı ilə dərin həmrəyliyə işarə edilərək, "Biz İsrail cəmiyyətində dərinləşən gərginliyi böyük narahatlıqla izləyirik. Xüsusilə də məhkəmə sistemində edilməsi planlaşdırılan islahatın ilk hissəsinin dünən qəbul edilməsindən sonra, hökumətin xüsusilə yeni bir sosial konsensiyanın əldə edilməsi üçün kifayət qədər vaxt və məkanın verilməsi vacib olaraq qalır." ifadələrdən istifadə edilmişdir.

Bəyanatda İsraildə hökumət və müxalifət arasında dialoqa çağırış edilib və əlavə edilib: “Hökumət və müxalifət arasında prezident İsaak Hersoqun vasitəçiliyi ilə aparılan danışıqların hələlik uğursuzluğa düçar olmasından təəssüflənirik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu