Lənkəranda 30 yaşlı kişi bıçaqlanıb

Lənkəran rayon sakini bıçaqlanıb.
Lənkəran rayon Şilavar kənd sakini, 1993-cü il təvəllüdlü Aqil Əlihəsən oğlu Əlizadə döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran rayon mərkəzi xəstəxanasının Acil şöbəsinə daxil olub. Hadisənin hansı zəmində baş verməsi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.//APA