Azərbaycanda qonşuların mübahisəsi ölümlə sona çatdı - TƏFƏRRÜAT / VİDEO


Göyçayda həmyerlilər arasında baş verən mübahisə ölümlə nəticələnib.



Hadisə rayonun Cəyirli kəndində qeydə alınıb. Kürdəmiş kənd sakini, 56 yaşlı Şahsən Yusifovla Cəyirli kənd sakini 25 yaşlı Novruz Mahmudov arasında mübahisə yaranıb.

Bu zaman Novruz Mahmudov Şahsən Yusifova yumruqla ağır zərbə endirib. Nəticədə huşunu itirərək yıxılan Şahsən Yusifovu yaxınları Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin yardımlarına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən Novruz Mahmudov isə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu