Litva XİN rəhbəri Ukraynaya dəstək axtarmaq üçün ABŞ-a gedəcəyini vəd edib


Avropalı diplomatlar cəmiyyəti və biznes nümayəndələrini Ukraynaya dəstək verilməsinin vacibliyinə inandırmaq üçün ABŞ-a səfər etməyə hazırlaşır.


Bu barədə “Politico” qəzetinə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis məlumat verib.

O, avropalı diplomatların Atlantikanın hər iki tərəfində ictimaiyyəti cəlb etmək yollarını tapmalı olduğunu deyib. Buna görə də Landsbergis və onun həmkarları Ukraynaya dəstək verməklə bağlı ictimaiyyət və biznes nümayəndələri ilə görüşmək üçün ayrı-ayrı Amerika ştatlarına getməyə hazırlaşırlar.

Litvalı diplomat qeyd edib ki, Ukraynaya xərclənən pulun böyük hissəsi hələ də ABŞ-dan gəlib” və bu, iş yerlərinin sayının artmasına kömək edir. Ona görə də sadə amerikalılar da Kiyevə yardımı dəstəkləməlidir.

Nazir Avropa ölkələrinin xarici işlər nazirlərindən hansının ABŞ-a səfərə hazır olduğunu dəqiqləşdirməyib. Lakin Estoniyanın Baş naziri Kaja Kallas "Politico"ya bildirib ki, o, artıq Arkanzas ictimaiyyəti ilə görüşüb.

Bundan əvvəl Litva prezidenti Gitanas Nauseda Qərb ölkələrini Ukraynanın parçalanmasının qarşısını almağa və onu dəstəkləməyə davam etməyə çağırıb. Eyni zamanda, Nausėda maliyyə mənbələrinin müəyyənləşdirilməsinin zəruriliyini etiraf edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu