76 milyonun 61 milyonu 1 nəfərindir - "Muğanbank"la bağlı mühüm açıqlama


“Ləğv prosesində olan “Muğanbank”​da sığortasız əmanət təxminən 102 milyon manatdır”.


“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

Sədr qeyd edib ki, 102 milyon sığortasız əmanətin 76 milyonu fiziki şəxslərindir:

“76 milyonun da 61 milyonu bir nəfərindir. Yerdə qalan hissə isə hüquqi şəxslərin pullarıdır. Onun da 50 faizi 2 şirkətindir. Buna görə də "Muğanbank"ın lisenziyasının ləğv edilməsi maliyyə sabitliyinə təsir etmir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu