ASAPES-in ECAR layihəsinə assosiativ tərəfdaşlığı təsdiq olunub


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) ECAR layihəsinə assosiativ tərəfdaşlığı təsdiq olunub.


Avropa İttifaqı tərəfindən maliyyələşdirilən ECAR (Azərbaycanda Rektorlar Konfransının yaradılması) Azərbaycan ali təhsil müəssisələrinin keyfiyyətinin, rəqabətliliyinin və qlobal inteqrasiyasının artırılması üçün həyata keçirilən layihədir.

Bu layihə universitetlərarası əməkdaşlıq və ali təhsil sahəsində milli şəbəkələşməni gücləndirmək məqsədi daşıdığından ASAPES də Bakı Biznes Universitetinin koordinatoru olduğu bu layihəyə assosiativ tərəfdaşlıq üçün müraciət edib. 21 noyabr 2023-cü il tarixində layihə tərəfdaşlarının səsverməsi əsasında Avropa Komissiyası tərəfindən Akademiyanın ECAR layihəsinə assosiativ tərəfdaşlığı təsdiq olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu