ASAPES-lə Povoljya Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universiteti arasında memorandum imzalanıb - FOTOLAR


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və Povoljya Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universiteti arasında memorandum imzalanıb.


Memoranduma əsasən tərəflər arasında ümumi maraqları əhatə edən tədris, elm və beynəlxalq əlaqələr sahələri üzrə əməkdaşlıq məsələləri rəsmiləşdirilib. Təsdiqlənmiş əməkdaşlıq istiqamətlərinə qarşılıqlı maraq kəsb edən sahələr üzrə təhsil fəaliyyəti, tərəflər arasında razılaşdırılmış prosedur qaydaları əsasında professor-müəllim heyəti və tədqiqatçıların, doktorant və tələbə heyətinin mübadiləsi, birgə seminar və konfransların keçirilməsi məsələləri daxildir.

Qeyd edək ki, memorandum ASAPES-in rektoru Fuad Hacıyev, akademiyanın Sosial elmlər kafedrasının müdiri, SABAH Mərkəzinin rəhbəri Lalə Əhmədova, İdman menecmenti və kommunikasiya kafedrasının müdiri, Doktorantura şöbəsinin müdiri Nailə Kələntərlini 22 - 24 noyabr 2023-ci il tarixlərində Rusiya Federasiyasının Kazan şəhərinin Povoljya Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetinə səfəri çərçivəsində imzalanıb.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu