Yaponiyada keçirilən hərracda Matsusaka cins mal-qara 30 milyon yenaya satılıb
Yaponiyada Matsusaka cins mal-qara (Vaqyu) hərracda 30 milyon iyena satılıb.
NHK dövlət televiziyasının xəbərinə görə, birinci dərəcəli mərmər mal əti ilə tanınan bölgələrdən biri olan Mie əyalətində yerli cinslər üçün hərrac keçirilib.
Hərracda Mie Prefekturasının Heyvandarlıq Elmi-Tədqiqat İnstitutundan olan 9 hakim ölçüsü, tükü və ümumi fiziki tarazlığına görə qiymətləndirilən 50 iribuynuzlu mal-qara təqdim edilib.
“Hiroko No.1” adlı 676 kiloqramlıq Matsusaka cinsli iribuynuzlu heyvan 30 milyon yenaya satılıb.
Bu, son 8 ilin ən yüksək alıcı qiyməti kimi qeydə alınıb. Mal-qaranın yeni sahibi Mienin Tsu rayonundan olan "Asahiya" qəssab dükanı olub.
Mal-qaranı yetişdirən Taiki bölgəsindən olan yapon seleksiyaçısı Nakamura Kazuaki gözlənilməz qiymətin onu təəccübləndirdiyini bildirib.