Çində rekord səviyyədə şaxta olub
Çinin bəzi hissələri rekord həddə soyuqlara məruz qalıb, ölkə maksimum dərəcədə donub.
Bu barədə Reuters xəbər verib.
Şansi, Hebei və Liaoninq əyalətlərində havanın temperaturu rekord həddə düşüb. Heilongjiang əyalətinin Yiçun şəhərində termometr mənfi 47,9 dərəcəyə çatıb. Bu göstərici 1980-ci ilin yanvarından bəri rekord hesab olunur.
Rekordun gələn həftənin əvvəlində daha soyuq temperaturlarla yenilənəcəyi proqnozlaşdırılır.