İtkin düşən məktəblilərdən biri tapıldı


Bakıda itkin düşən məktəblilərdən biri tapılıb.



17 yaşlı A.Məmmədovun təhsil aldığı 29 nömrəli tam orta məktəb açıqlama yayıb.

Bildirilib ki, 15 və 16 yanvar tarixlərində bir nəfər 11-ci sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərs prosesində iştirak etməyib: “Sinif rəhbəri məktəblinin himayəsində yaşadığı yaxın qohumu ilə əlaqə saxladıqda şagirdin səhər evdən çıxdığı və sonradan evə qayıtmadığı məlum olub. Uşağın qohumu tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.

Məktəb rəhbərliyi tərəfindən digər şagirdin köməyi ilə instaqram hesabı vasitəsilə şagirdlə əlaqə saxlanılıb, yeri müəyyən edildikdən sonra hüquq-mühafiqə orqanlarına da məlumat verilib.

Şagirdlə məktəb rəhbərliyi və psixoloq tərəfindən müvafiq söhbət aparılıb, hazırda məktəbdədir, Böyük Summativ Qiymətləndirmədə (BSQ) iştirak edir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu