Türk Dövlətləri Rəqabət Şurası yaradıldı


Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin rəqabət orqanlarının bir araya gətirilməsi təşəbbüsü ilə Türk Dövlətləri Rəqabət Şurası yaradılıb.



Şuraya 3 il ərzində Türkiyə sədrlik edəcək.

Çırağan Sarayında TDT baş katibinin müavini Merey Mukajan, Rəqabət Qurumunun sədri Birol Küle, Rəqabət Qurumunun Xarici Əlaqələr və Rəqabət Təbliğatı Şöbəsinin rəhbəri Zeynep Madan və Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Özbəkistan, ŞKTC və Macarıstan nümayəndə heyətlərinin iştirakı ilə yığıncaq keçirilib.

Ölkələrin rəqabət orqanlarının başçıları iclasda öz təsisatlarını təqdim ediblər və Şuradan gözləntilərini bildirdilər.

İclasda Şuranın fəaliyyət çərçivələrini müəyyən edən prosedur, prinsiplər və yol xəritəsi razılaşdırılıb. Daha sonra imzalanma mərasimi və Türk Dövlətləri Rəqabət Şurasının yaradılması elan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu