ADA-ya 696 balla qəbul olan tələbə qardaşı ilə birgə faciəvi şəkildə öldü - YENİLƏNİB


Əldə etdiyimiz məlumata görə, Sərxanın qardaşı, 2001-ci il təvəllüdlü Əli Asif oğlu Həsənov da onunla birgə mənzildə dəm qazından boğularaq ölüb.


Hazırda iki qardaşın öldüyü hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Sərxan Həsənovun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu Böyükşor qəsəbəsi PY UA 38/10 ünvanında baş verib.


2002-ci il təvəllüdlü tələbə yaxınları tərəfindən huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onun vəfat etdiyini bildirib.

***

ADA-nın tələbəsi dəm qazından boğulub.


“Qafqazinfo” “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir ki, 2019-cu ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olan ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü Sərxan Həsənov bu gecə dəm qazından dünyasını dəyişib.

Bildirilib ki, Sərxan ABŞ-də təcrübə keçən tələbələrdən olub. O, xarici məhkəmələrin metodikasını öyrənirdi.

Hadisə ilə bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu