Dünya naşirləri Pekində toplaşıb


Çinin Pekin şəhərində bir çox dünya nəşriyyatlarının nümayəndələrinin iştirak etdiyi görüş keçirilib.


Görüş çərçivəsində “Si Cinpin dövlətin idarə olunması haqqında” kitabının 4-cü cildinin nəşr edilməsi memorandumunun imzalanması törəni də reallaşdırılıb.
İyirmidən artıq ölkədən gəlmiş naşirlərin qatıldığı tədbirdə Azərbaycanı “Şərq-Qərb” ASC-nin Nəşriyyat departamentinin direktoru Sevil İsmayılova təmsil edib. Xatırladaq ki, qeyd edilən kitabın üç cildi Azərbaycan dilində artıq nəşrə hazırlanıb.
Memorandumun imzalanması mərasimindən əvvəl keçirilən görüşdə tədbirin moderatoru, Çin Xalq Respublikasının Xarici dillərdə Ədəbiyyatların Nəşri və Yayılması İdarəsinin müdiri Du Çjanyuan çıxış edərək Çin nəşriyyatları ilə dünya nəşriyyatları arasında əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyəti haqqında danışıb. Daha sonra Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Təbliğat şöbəsinin rəhbəri Li Şuley “Si Cinpin dövlətin idarə edilməsi haqqında” kitabının dünya dillərində nəşrinin və təbliğinin Çin üçün necə böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Memorandumun təntənəli imzalanma mərasimində “Şərq-Qərb” ASC-nin Nəşriyyat departamentinin direktoru Sevil İsmayılova Çinin Xarici dillərdə Nəşrlər nəşriyyatının direktoru Xu Kayminlə əməkdaşlıq haqqında sənədə imza atıb.
Daha sonra bütün nəşriyyat nümayəndələrinə nəşrin Çin dilində dördüncü cildi təqdim edilib və xatirə şəkli çəkdirilib.
Onu da qeyd edək ki, kitab 180 olkədə 40 dildə nəşr ediləcəkdir.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu