Karib dənizində neft sızması fövqəladə vəziyyətə səbəb olub - FOTOLAR


Trinidad və Tobaqonun baş naziri Keyt Rouli bildirib ki, Karib dənizi regionunun şərqində çevrilən gəmidən sızan neft ölkəsində milli fövqəladə vəziyyət yaradıb.



Mətbuat konfransında danışan Rouli Tobaqo bölgəsi yaxınlığında batan gəminin kimə məxsus olduğunun və gəmidən nə qədər neft sızdığının hələ müəyyən edilmədiyini bildirib.

Neft sızıntısının Tobaqoda bir çox çimərliyi çirkləndirdiyini qeyd edən Rouli bu hadisənin ölkədə fövqəladə vəziyyətə səbəb olduğunu bildirib.

Rouli bildirib ki, neft sızıntısının təmizlənməsi üzrə işlər və bu cür işlərə tələb olunan vəsaitin müəyyən edilməsi yalnız vəziyyət nəzarət altına alındıqdan sonra mümkün olacaq.

Əlverişli hava şəraiti səbəbindən hadisə yerində işlərin yaxşı getdiyini bildirən Rouli bununla bağlı bir neçə ölkədən kömək təklifi aldıqlarını bildirib.

Tobaqo Assambleyasının baş katibi Farley Augustine də məsələ ilə bağlı açıqlamasında dalğıcların gəmidəki sızıntıya nəzarət etmək üçün işlərini davam etdirdiyini bildirib.

Səlahiyyətlilər dünən bildiriblər ki, fevralın 7-də Cove sənaye zonası sahillərində çevrilən gəmidən neft sızıb.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu