Tanınmış din xadiminin oğlu İrana görə həbs edildi - KİV


Azərbaycanın tanınmış din xadiminin oğlunun “İrana xidmət etdiyinə görə” həbs edildiyi bildirilir.


Bu barədə "MOUZE" teleqram kanalı məlumat yayıb.

Qeyd edilir: “Azərbaycanda İran aşiqlərinə qarşı əməliyyatlar davam edir. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində biləsuvarlı Şeyx Molla Əhmədin oğlu Kərbəlayi Hüseyn də tutulub”.

Teleqram kanalı Şeyx Molla Əhmədin Azərbaycanda tanınmış din xadimi olduğunu yazıb.
Lent.az isə mənbəsinə istinadən yazır ki, saxlanılan şəxs narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu