Rüstəm Şahbazov mənə məxsus bağ evinin altındakı torpağı başqasına satıb - ŞİKAYƏT


Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun adı son vaxtlar tez-tez rüşvət əməlində hallanır.


AFN.az xəbər verir ki, bir müddət əvvəl onun adı qardaşı Teymur Şahbazovun Sumqayıtda iş adamından torpaq sahəsini uzun müddətli icarəyə götürməsinə kömək adı ilə 236 min manat alıb. Lakin nə işi düzəldib, nə pulu qaytarıb. Həmin yazı iləBURADAN tanış ola bilərsiniz.
Bundan əvvəl isə R.Şükürovun adı başqa bir iş adamının qətlində sifarişçi kimi hallanmışdı. Həmin yazı BURADAdır.

ƏMDX və Rüstəm Şahbazovla bağlı daha bir şikayət Bakı şəhəri, Nizami küçəsi, ev 53, mənzil 41-də yaşayan Amanova Kəmalə Balaş qızı tərəfindən edilib. Belə ki, xanım mediaya ünvanladığı müraciətdə bildirir ki, 1988-ci ildə Bakı şəhəri, Hövsan qəsəbəsi, “İnturist” Bağçılıq Yoldaşlıq Cəmiyyətinə aid olan ərazidə tikilmiş 3/1294 nömrəli bağ evini alıb. Bağ evinin 1993-cü ildən istifasində olduğunu bildirən xanım qeyd edir ki, mülkü 2005-ci ildən isə evi özəlləşdirib: "Sözügedən Bağ evinə Bakı şəhəri İcra Hakimiyyətinin Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən BM seriyalı, 002771 №li QEYDİYYAT VƏSİQƏSİ (kupça) verilib. Mülkün mənə məxsus olmasına dair bütün müvafiq sənədlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində saxlanılır. Lakin bu yaxınlarda bilmişəm ki, istifadəmdə və xüsusi mülkiyyətimdə olan sözügedən bağ evinin altındakı torpaq sahəsi 2015-ci ildə qanunsuz olaraq, başqa bir şəxsin adına özgəninkiləşdirilib".
K.Amanova iddia edir ki, bu əməl ƏMDX-nin sədr müavini Rüstəm Şahbazov tərəfindən törədilib: "Xüsusilə vurğulamaq istəyirəm ki, Rüstəm Şahbazov bir qrup qanunsuz quruplaşmalarla qabaqcadan əlbir olaraq, törədilmiş və başa çatdırılmış bu cinayətin üstünü ört-basdır etmək və izi itirmək məqsədilə, sonradan həmin torpağa dair bir neçə dəfə özgəninkiləşdirmə əməliyyatı aparıb. Dəhşətlisi odur ki, Rüstəm Şahbazov hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətin sədr müavini vəzifəsində işlədiyi üçün, bu cinayətin üstünün açılmasına imkan vermir.

Torpaq İslahatı Haqqında Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən, bağ evinin altındakı torpaq mənə verilməlidir. Həmin qanunun 9-cu maddəsi bu məsələyə aiddir. Maddədə deyilir: Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi zamanı vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

Qanunvericiliklə müəyyən olunmuş qaydada bağ evimin altında olan torpaq əvvəzsiz olaraq mənim mülkiyyətimə verilməli olduğu halda, Rüstəm Şahbazov vəzifəsindən sui-istifadə edərək və vəzifə səlahiyyətlərini aşaraq, bir qrup qanunsuz qruplaşmalarla əlbir olub, mənim bağ evimin altındakı törpağı özgəninkiləşdirmiş və törətdikləri cinayətin üstünün gələcəkdə açılmaması üçün tez-tez digər şəxslərin adına özgəninkiləşdirmə əməliyyatı həyata keçirmişdir".
Şikayətçi iddia edir ki, Rüstəm Şahbazov xüsusi mülkiyyətində olan bağ evinin altındakı torpağı öz maddi maraqları naminə özgəninkiləşdirib. Ölkə rəhbərliyinə müraciət edən K.Amanova bütün bu qeyd edilənlərin nəzərə alınaraq, xüsusi mülkiyyətidə olan bağ evinin altındakı torpağın satılması faktı ilə bağlı Rüstəm Şahbazovun və ona kömək edən diğər şəxslərin cəzalandırılmasını istəyir: "Sözügedən məsələ ilə əlaqədar indiyədək bütün aidiyyəti dövlət qurumlarına müraciət etsəm də, heç bir tədbir görülməyib. Ümidim Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevayadır".

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu