"Formula 1" sürücüsünün oğurlanan "Ferrari"si 28 ildən sonra tapılıb


İngiltərə Böyükşəhər Polis İdarəsi (MET) keçmiş "Formula 1" yarışçısı Gerhard Bergerin 1995-ci ildə İtaliyada keçirilən San Marino Qran Prisindən sonra oğurlanan "Ferrari" avtomobilinin 28 il sonra tapıldığını açıqlayıb.


MET-dən verilən açıqlamada, 1995-ci ilin aprelində İtaliyanın Imola şəhərində keçirilən San Marino Qran Prisindən sonra iki "Formula 1" pilotunun "Ferrari"sinin oğurlandığı, lakin Bergerə məxsus qırmızı rəngli "Ferrari F512M" model lüks avtomobilinin dərhal tapıldığı bildirilib.

Qeyd edilib ki, "Ferrari" 2023-cü ilin yanvarında Birləşmiş Krallıqdakı bir broker vasitəsilə ABŞ-lı bir alıcı tərəfindən satın alınan avtomobildə yoxlamalar aparıb və avtomobilin oğurlandığını ortaya çıxaran bir hesabat təqdim edib. Mütəşəkkil Avtomobil Cinayətləri Bölməsinin polisi geniş araşdırmalar apararaq avtomobilin tarixini öyrənib və məlum olub ki, avtomobil oğurlandıqdan az sonra Yaponiyaya göndərilib, 2023-cü ilin sonunda isə Böyük Britaniyaya gətirilib”.

Daha sonra 4 gün ərzində avtomobilin tarixçəsi müəyyən edilib, Gerhard Bergerin "Ferrari"si izlənməyə alınaraq İngiltərədən çıxışının qarşısını almaq üçün avtomobil MET-in ixtiyarına verilib.

stintaqı aparan polis məmuru Mike Pilbeam mövzu ilə bağlı verdiyi açıqlamada "Təxminən 350 min funt-sterlinq dəyərində olan "Ferrari" 28 ildən çoxdur itmişdi. Araşdırmalarımız çox ciddi idi və biz dünyanın hər yerindən səlahiyyətlilərlə əlaqə saxlayırdıq. Biz "Ferrari" və beynəlxalq avtomobil dilerləri, həmçinin Milli Cinayət Agentliyi (NCA) daxil olmaqla tərəfdaşlarımızla sürətlə işlədik. Bu əməkdaşlıq nəqliyyat vasitəsinin tarixini anlamaqda və onun ölkədən çıxmasının qarşısını almaqda faydalı oldu".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu