Yaponiyalı illüstrator və "Dragon Ball" manqasının müəllifi Akira Toriyama vəfat edib
Yaponiyada “Dragon Ball” manqasının illüstratoru və müəllifi Akira Toriyama 69 yaşında vəfat edib.
Bu barədə onun əsərlərini dərc edən "Weekly Shonen Jump" jurnalı məlumat yayıb.
Qeyd olunub ki, illüstrator martın 1-də kəskin subdural hematoma səbəbindən dünyasını dəyişib.
5 aprel 1955-ci ildə Kiyosuda anadan olan Toriyama 1974-cü ildə prefektura peşə məktəbini dizayn şöbəsində bitirib və üç ildən sonra Şueisha nəşriyyatında rəssam kimi işləməyə başlayıb. Onun əsərləri 1980-ci illərin əvvəllərində nəşr olunmağa başlayıb və o, "Wonder Island", "Dr. Slump", "Sand Land" və s. kimi əsərlərin müəllifidir.
Ən məşhur əsərlərdən biri döyüş sənətləri ilə məşğul olan və istənilən arzunu yerinə yetirə bilən “əjdaha topları” kimi tanınan yeddi mistik obyekti axtaran oğlan Son Qoku haqqında “Dragon Ball” manqasıdır. Əsər Yaponiyada təxminən 160 milyon nüsxə satılıb, dünyada isə 260 milyondan çox nüsxə var.