"Azərcell", bir az da xalqı düşün! - ŞİKAYƏT


Ehtiyatda olan baş leytenant Pərvin Abdullayev "Azərcell" şəbəkəsindən narazılıq edir.


AFN.az-ın xəbərinə görə, o, sosial şəbəkə hesabında paylaşdığı videoda bildirib ki, şirkət bütün texnoloji inkişaflara rəğmən internet tariflərini qaldırmaqda davam edir: "2024-cü ildə yaşayırıq, göydə iki süni peykimiz var, dövlətimiz günü-gündən inkişaf edir. Bütün bunlara baxmayaraq, "Azərcell" internet paketlərin qiymətini durmadan artırır. 30 manatlıq paketi 39 manat etdilər, adını limitsiz qoyublar, amma paket bitən kimi votsappla sms göndərmək olmur. Noolar ki, az da olsa xalqı düşünsəniz? Balansdan elə müxtəlif adlarla pullar çıxılır ki, məəttəl qalırsan. 12 qəpik, 22 qəpik, 35 qəpik... Yığırsan "Azərcell"ə, adamı elə borclu çıxarırlar ki, peşiman olursan zəng etdiyinə. Bir az da öz cibinizi yox, xalqı, milləti düşünün!"

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu