Xəstəliyinə görə azadlığa buraxılan sabiq baş həkimə ağır cəza istənildi


Masallı Rayon Mərkəzi Xəstəxanasının 3 il əvvəl həbs edilən baş həkimi Cəlil Nəzərov və köməkçisi Təranə Əliyevanın cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.


Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror təqsirləndirilən şəxslərin verilmiş ittihamlarla təqsirli bilinmələrini, Cəlil Nəzərovun 12 il 6 ay, T.Əliyevanın isə 9 il azadlıqdan məhrum edilməsini, məhkəmə zalında həbsə alınmalarını tələb edib. İttihamçı C.Nəzərovun üzərinə həbs qoyulmuş əmlaklarının da dövlət nəfinə müsadirə edilməsini istəyib.

Müdafiə tərəfinə çıxışa hazırlaşmaları üçün vaxt verilib.

İşin bu günə qədər uzanmasına səbəb təqsirləndirilən 68 yaşlı sabiq baş həkim C.Nəzərovun ağır xəstəlikdən əziyyət çəkməsidir. Bu səbəbdən məhkəmə istintaqı dövründə o, həbsdən buraxılıb, barəsində alternativ qətimkan tədbiri seçilib. Nəzərovun məhkəmə proseslərinə əlil arabasında gəlib-getdiyi bildirilir.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Təqsirləndirilən şəxslər təkrar külli miqdarda rüşvət almaqda ittiham olunurlar.

Cəlil Nəzərovdan sonra Masallının baş həkimi təyin edilmiş Eşqin Əliyev də rüşvət alma və dələduzluq cinayətlərinə görə həbs edilib. Bir müddət əvvəl 8 il 6 ay azadlıqdan məhrum edilib.

Qafqazinfo



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu