Çində xəstəxanada bıçaqlı hücum: 10-dan çox adam ölüb
Çinin cənub-qərbindəki Yunnan əyalətində xəstəxanaya silahlı hücum olub.
AFN.az Sinxuaya istinadən xəbər verir ki, bıçaqlı hücum nəticəsində 10-dan çox adam həyatını itirib.
Hücum Yunnan əyalətinin Kaotonq əyalətindəki Cinxiong Rayon Xalq Xəstəxanasında həyata keçirilib.
Yerli hakimiyyət orqanları hücumda 10-dan çox adamın öldüyünü bildirib və hücum edənin saxlanıldığını və hadisə ilə bağlı istintaqın davam etdiyini qeyd edib.
Yunnanla bitişik Guicou əyalətində yayımlanan Guizhou TV sosial media hesabında hücumda 23 nəfərin yaralandığını açıqlayıb.