Dəstə yaradıb, qohumunun evindən oğurluq etdi - Polis saxladı
Lənkəran Liman şəhəri ərazisində yerləşən evlərdən birindən 8000 ABŞ dolları və 930000 rus rublunun oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
DİN-dən verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Rahim Əkbərov, Elşən Mirzəzadə və Rövşən Nuruşov saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, dəstənin digər üzvlərinə həmin evdə külli miqdarda pulun olması barədə məlumatı zərərçəkənin qohumu R.Əkbərov verib.
Araşdırmalar davam etdirilir.