Hollandiya "Eurovision"dan kənarlaşdırıldı
2024 Avroviziya Mahnı Müsabiqəsinin finalına saatlar qalmış Hollandiyanı təmsil edən Joost Kleynin müsabiqədən kənarlaşdırıldığı açıqlanıb.
“Eurovision” təşkilatçıları tərəfindən verilən açıqlamada Hollandiya təmsilçisi Kleynin komanda üzvünə qarşı davranışının müsabiqə qaydalarının pozulması kimi qiymətləndirildiyi bildirilib.
"Yarışmada iştirak edən bütün personalın təhlükəsiz iş mühitini təmin etmək öhdəliyinə sadiqik", - Kleinin final müsabiqəsindən diskvalifikasiya edildiyini bildirən bəyanatda deyilir.