Lukaşenko Azərbaycana gəlir


Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlir.


“Qafqazinfo” xəbər verir ki, bu barədə “BelTa” məlumat yayıb.

Bildirilib ki, Belarus lideri Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. Prezidentlər müxtəlif sektorlarda ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini nəzərdən keçirəcəklər.

Dövlət başçıları Belarus və Azərbaycan arasında beynəlxalq platformalarda əməkdaşlığı da müzakirə edəcək və bir sıra ikitərəfli sənədlər imzalayacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu