Zelenski Makronun Olimpiya atəşkəsi ilə bağlı təklifini rədd etdi


Volodimir Zelenski Fransa prezidenti Emmanuel Makronun Paris Olimpiadası zamanı atəşkəs təklifini rədd edib.



Bu barədə Ukrayna prezidenti AFP-yə müsahibəsində bildirib.

İmtina ilə bağlı açıqlama verən Zelenski jurnalistlərə deyib ki, o, Fransa rəhbərindən “Rusiyanın bu vaxtdan istifadə edərək ərazimizə qoşun yeritməyəcəyinə kim zəmanət verə bilər” sualını verib və həmçinin əlavə edib ki, Ukrayna hər hansı bir atəşkəsə qarşıdır.

Bundan əvvəl Makron Çin lideri Si Tszinpinlə Ukraynada qondarma “Olimpiya barışığı”nı müzakirə etmək niyyətində olduğunu bildirmiş, Zelenski isə onun təşəbbüsünü “ölü tarix” adlandırmışdı.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin müvafiq təklifi şərh edərkən, daha əvvəl bildirmişdi ki, Qərb dövlətləri özləri olimpizm prinsiplərini pozur, o cümlədən rusların bayraq və himnlə Oyunlarda iştirakına icazə vermirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu