Rəisinin öldüyü helikopter qəzası ilə bağlı ilkin hesabat açıqlanıb


İran Baş Qərargahı prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onları müşayiət edən şəxsləri daşıyan helikopterin qəzaya uğramasından sonra başladığı istintaqın ilkin təhqiqat nəticələrini açıqlayıb.


Baş Qərargah qəzanın ölçülərini və səbəblərini araşdıran komissiyanın ilkin hesabatını dərc edib.

Hesabatda qəza ilə bağlı texniki və ümumi məlumat və tapıntıların toplanaraq qiymətləndirildiyi, bəzi məlumatların qiymətləndirilməsi üçün daha çox vaxta ehtiyac olduğu qeyd edilib.

Sənəddə helikopterin əvvəlcədən müəyyən edilmiş marşrut üzrə davam etdiyi və uçuş marşrutunu dəyişmədiyi, pilotun qəzadan 1 dəqiqə yarım əvvəl digər iki helikopterin pilotları ilə əlaqə saxladığı bildirilib.

Sözügedən hesabatda qəzaya uğrayan helikopterin hissələrində güllə və ya buna bənzər xarici cismin izi olmadığı, düşdükdən sonra helikopterdə yanğının başladığı qeyd edilib.

Xəbərdə bölgənin sərtliyi, soyuq və dumanlı hava şəraitinin axtarış-xilasetmə işlərinin uzanmasına səbəb olduğu, qəza yerinə ancaq səhər saatlarında çatmaq mümkün olduğu vurğulanıb.

Hesabatda qeyd olunub ki, idarəetmə qülləsinin uçuş heyəti ilə müsahibələri zamanı heç bir şübhəli vəziyyətə rast gəlinməyib.

Yekun nəticələrin araşdırma başa çatdıqdan sonra paylaşılacağı açıqlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu