BMT: Keçən ay Ukraynada həyatını itirən mülki şəxslərin sayı kəskin artıb

Ukraynada həyatını itirən mülki vətəndaşların sayı keçən ay kəskin şəkildə artaraq 174-ə çatıb.
BMT-nin insan haqları ofisindən verilən məlumata görə, bu, Rusiya ordusunun Xarkov ətrafındakı əhalinin məskunlaşdığı ərazilərə raket və bombalı hücumlarını artırması nəticəsində baş verib. İnsan haqları ofisinin hesabatını BBC yayıb.
BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyasına görə, Ukraynada həyatını mülki şəxslərin sayı apreldəkinə nisbətən may ayında 31% artaraq 2023-cü ilin iyunundan bəri ən yüksək səviyyəyə çatıb.