Vəzifəli şəxslər üçün olan bu cərimələr azaldılır


Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasının və sürücülərin tibbi müayinəsinin təşkil edilməməsinə görə cərimələr azaldıla bilər.


"Report" xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə cərimə ediləcəklər.

Xatırladaq ki, mövcud qanunvericiliyə əsasən, vəzifə şəxslər üçün cərimənin məbləği 500 manatdan 800 manata qədərdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu