Hizbullah İsrailin 4 hərbi obyektinə hücum etdiyini açıqlayıb


Hizbullah Hərəkatı Livanın cənubundan İsrailin sərhəddəki hərbi hədəflərinə hücum edildiyini açıqlayıb.



Açıqlamada Livana aid olan, lakin İsrailin nəzarəti altında olan Kəfr Şuba təpəsindəki Ramsa və əl-Smaki hərbi mövqelərinin idarə olunan raketlə vurulduğu bildirilib.

İsrail əsgərlərinin toplanma nöqtələri olan Hale Varde bölgəsi və Metula qəsəbəsinə də raketlərlə hücum edildiyi bildirilib.

Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, İsrail ordusunun Deyr Mimas və Kfarkilla qəsəbələri arasındakı ərazini artilleriya atəşi ilə hədəfə aldığı bildirilib.

İsrail dövlət televiziyası KAN-ın xəbərində Livandan Avivim qəsəbəsinə 2 ədəd idarə olunan raketin atıldığı və can itkisinin olmadığı, ancaq bəzi bölgələrdə yanğının başladığı bildirilib.

Xəbərdə Metula yaşayış məntəqəsinə 5 idarə olunan raketin atıldığı və raketlərin boş ərazilərə düşdüyü təfərrüatlı şəkildə qeyd olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu