Vatikan Ukrayna ilə bağlı sammit bəyannaməsini imzalamayıb


Vatikanın Müqəddəs Taxt-Tacı müşahidəçi statusuna uyğun olaraq İsveçrədə Ukrayna ilə bağlı sammitin bəyannaməsini imzalamayıb.


"RİA Novosti" bu barədə Vatikanın mətbuat xidmətinə istinadən xəbər verir. Agentliyin mənbəsi bildirib ki, Müqəddəs Taxt-Tac müşahidəçi statusuna uyğun gələn yekun bəyannamələri imzalamır.

İyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan 101 nümayəndə heyətinin iştirakı ilə Ukrayna üzrə Sülh Sammiti keçirilib. Rusiya həmin konfransa dəvət olunmayıb.

Yekun kommünike 84 nümayəndə - 80 ölkə və 4 təşkilat tərəfindən imzalanıb. Qəbul edilmiş sənədə görə, sülhə nail olmaq üçün hər iki tərəf arasında dialoq lazımdır və onlar yazılı müddəaları müzakirə etməlidirlər. Onlara Ukraynanın bütün atom elektrik stansiyalarının Kiyevin nəzarəti və MAQATE-nin nəzarəti altında işləməli olduğunu bildirən bəndlər daxildir. Həmçinin, Ukrayna tərəfi Qara və Azov dənizlərindəki limanlarına çıxış əldə etməli və kənd təsərrüfatı məhsullarını məhdudiyyətsiz üçüncü ölkələrə çatdıra bilməlidir. Digər şərt isə bütün hərbi əsirlərin dəyişdirilməsi və Rusiyaya aparılan ukraynalı uşaqların evlərinə qaytarılmasıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu