Orxan Lökbatanlını Heydər Əliyev sarayına niyə buraxmadılar? - AÇIQLAMA


Meyxanaçı Orxan Lökbatanlı Heydər Əliyev sarayında konsert vermək üçün müraciətinin rədd edilməsi ilə bağlı məlumata aydınlıq gətirib.


O, Qaynarinfo-ya açıqlamasında xəbərin doğru olduğunu deyib.

Meyxanaçı bildirib ki, 4 ay bundan öncə saray rəhbərliyinə konsert vermək üçün müraciət edib, amma ona icazə verməyiblər:

”Mən özümə, sənətimə arxayınam, bilirəm ki, sarayın səhnəsini tamaşaçı ilə doldura bilərəm. Özü də mənim konsert layhəm fərqli idi. Yəni, mən tək olmayacaqdım, qonaqlarım da olacaqdı. Amma olmadı”.

Orxan Lökbatanlı müraciətinə yox cavabı almasının səbəbini repertuarı ilə əlaqələndirib:

"Düşünürəm ki, ancaq repertuar ola bilər. Amma saray konsert üçün məkandırsa, bu da mənim solo konsertimdir. Hamı necə biz də elə, sənət adamları arasında ayrıçeçkilik etməzlər. İndi layihəmi həyata keçirmək üçün məkan axtarıram. Nə vaxt hansı məkanda icazə versələr layihəmi həyata keçirəcəyəm”.

Qeyd edək ki, müğənnilər Vəfa Şərifova, Şəbnəm Tovuzlu və meyxanaçı Orxan Lökbatanlı Heydər Əliyev Sarayında konsert vermək istəyib. Amma onlara sözügedən mədəniyyət ocağında konsert verməyə icazə verməyiblər. Xatırladaq ki, bu barədə məlumatı aparıcı-prodüser Tarix Əliyev "Xəbərin var?” verilişində yayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu