NASA: Rusiya peykinin parçalanması astronavtların təhlükəsizliyi üçün narahatlıq yaradıb
Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Rusiya peykinin Aşağı Yer Orbitində parçalanmasının Beynəlxalq Kosmik Stansiyada (BKS) astronavtlar üçün təhlükəsizlik narahatlığı yaratdığını açıqlayıb.
“The Guardian” xəbər verir ki, NASA Rusiya tərəfindən istismardan çıxarılan “Resurs-P1” peykinin Yer ətrafında 160-2000 kilometr yüksəkliyə işarə edən Aşağı Yer Orbitində parçalandığını və buna görə də BKS-dəki astronavtların bir saat təhlükəsiz bölgələrə sığınmaq məcburiyyətində qaldığını açıqlayıb.
NASA qeyd edib ki, "Resurs-P1" peykinin hissələri qısa müddət ərzində BKS-dəki astronavtlar üçün təhlükəsizlik narahatlığı yaradıb və bu hissələr hazırda orbitdə olan kosmik zibil kütləsini artırıb.
"Resurs-P1"in hissələrini izləyən ABŞ Kosmik Komandanlığı da peykin 100-dən çox hissəyə parçalandığını və parçaların digər peyklər üçün dərhal təhlükə yaratmadığını bildirdi.
Peykin parçalanmasının səbəbinin hələ müəyyən edilmədiyini qeyd edən NASA və ABŞ Kosmik Komandanlığı hadisənin dünən baş verdiyini açıqlayıb.