Putin: Rusiya INF raketlərinin istehsalına və yerləşdirilməsinə başlamalıdır


ABŞ-ın orta və yaxın mənzilli raketlərini dünyanın müxtəlif regionlarında yerləşdirməsi Rusiyada narahatlıq yaradır və reaksiya tələb edir. Moskva INF raketlərinin istehsalına və sonradan, ehtimal ki, onların yerləşdirilməsinə başlaya bilər.


AFN.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclasda bildirib. “Bu gün məlumdur ki, ABŞ bu raket sistemlərini nəinki istehsal edir, hətta onları təlimlər üçün Avropaya - Danimarkaya gətirib və onların Filippində olduğu da məlum deyil, bu raketləri oradan götürüblər, ya yox bilinmir. Hər halda, biz buna reaksiya verməliyik və bu sahədə bundan sonra nə etməli olduğumuza dair qərarlar qəbul etməliyik", - deyə Rusiya dövlət başçısı qeyd edib..

V.Putin qeyd edib ki, Rusiya bu zərbə sistemlərinin istehsalına başlamalıdır: "Sonra faktiki vəziyyətə əsaslanaraq, təhlükəsizliyimizi təmin etmək üçün lazım gələrsə, onları harada yerləşdirmək barədə qərar qəbul edin”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu