Dünya şöhrətli alban yazıçı dünyasını dəyişib
Dünya şöhrətli alban yazıçısı İsmail Kadare 88 yaşında dünyasını dəyişib.
Kadare səhhətində yaranan problemlərə görə bu səhər paytaxt Tirandakı evindən Tereza Ana Universiteti Xəstəxanasına aparılıb. Yazıçı xəstəxanda dünyasını dəyişib.
Albaniya hakimiyyəti 88 yaşlı Kadarenin ölüm səbəbi və ya yeri ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
İsmayıl Kadare 28 yanvar 1936-cı ildə ölkənin cənub bölgələrindəki Ergiridə (Gjirokaster) anadan olub.
Kadarenin bir çox əsərləri, xüsusən də romanları müxtəlif dillərə tərcümə edilib.
Alban ədəbiyyatının önəmli adlarından biri olan Kadare bir çox milli və beynəlxalq mükafat və medallara layiq görülüb.
Mənbə: AA