"Trolların sirri" adlı nağıl kitabının təqdimatı keçirilib


Norveçin Oslo şəhərindəki Azərbaycan Evi və Ana dili məktəbinin təşkilatçılığı ilə Bakıda - Beynəlxalq Muğam Mərkəzində kitab təqdimatı keçirilib.


Kitabın müəllifi tanınmış uşaq yazıçısı Gülzar İbrahimova, "Trolların sirri" adlı 100 səhifəlik nağıl kitabını Skandinaviya xalqlarının nağıl qəhrəmanları Trollara həsr edib.
"Trolların sirri" kitabının təqdimatı ilk dəfə may ayının 25-də Norveçin Oslo şəhərində - tanınmış Deichman Bjørvika kitabxanasında keçirilib. Azərbaycan Evi və Ana dili məktəbinin təşəbbüsü ilə yazıçı Gülzar İbrahimova məhz bu maraqlı nağıla görə Norveçə dəvət alıb. Bir həftəlik görüşlərdən sonra yazıçı səfərdən xoş təəssüratlarla qayıdıb.
Təqdimatın aparıcısı Norveçin Azərbaycan Evi üzrə koordinatoru Günay Əliyeva olub. Bundan başqa tədbirdə "Trolların sirri" nağılını azərbaycan dilindən Norveç dilinə tərcümə edən həm azərbaycanlı, həm Norveç vətəndaşları - yeniyetmə Ənvər Əliyev, Aida və Səbinə Əliyevalar iştirak ediblər.
Tədbirdə "Trolların sirri" kitabının müəllifi, Gülzar İbrahimova, onun yaxın həmkarları, fəal oxucuları iştirak ediblər. Uşaq yazıçısı, “Ağıllı bala” nəşriyyatının rəhbəri, Fatima Alxas, Tarix elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü,“Məcməüşşüəra” ədəbi məclisinin sədri Şahin Fazil, şairlərdən - Gülayə Şınıxlı, Fəxrəddin Meydanlı, Zaur Ustac, 1 saylı uşaq-gənclər məktəbəqədər müəssisənin, 189, 220 saylı məktəblərin müəllim və şagirdləri də tədbirdə tədbirdə fəal iştirak ediblər.
Norveçin Azərbaycan Evi üzrə koordinatoru Günay Əliyeva tədbiri açıq elan edəndən sonra uşaq yazıçısının Norveçdə baş tutumuş səfərindən geniş danışaraq onu da xüsusi qeyd etdi ki, Norveçdə demək olar ki, hər bir azərbaycanlı ailəsində Gülzar İbrahimovanın kitabı var. Daha sonra tədbirdə hörmətli və tanınmış şəxslər çıxış edərək, "Trolların sirri" haqda fikir bildirib, yazıçıya yaradıcılıq uğurları arzuladılar.
Bir yay günü Beynəlxalq Muğam Mərkəzinin işıqlı, ürəkaçan foyesində Muğam Mərkəzinin solistləri Könül Xəlilzadə, Elgiz Əliyev və balaca müğənni Əhəd Ağayev, gözəl ifaları ilə toplaşanları heyran etməyi bacardılar. Səhər Zərdablının və Tunar Qarayevin həm milli, həm xarici üslubda əyləncəli rəqsləri tədbirə sevinc qatdı. Tədbirin sonunda Norveçdən gəlmiş uşaqlar Gülzar İbrahimovanın sözlərinə bəslənmiş, bəstəkarı Elşən Nicat olan "Ana dilim" və "Sağ ol, Ey Vətən" mahnılarını ifa etdilər. Tədbirdə iştirak edən iştirakçılara hədiyyə paketi şəklində içərisində müəllifin "Trolların sirri" və "Norveç qoğalı" olan kitabları təqdim edildi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu