Yaponiya Rusiyanın nüvə silahını modernləşdirməsindən narahatdır


“Güclü dövlət” ideyasını təbliğ edən Rusiya öz silahlarını, o cümlədən nüvə silahlarını modernləşdirir.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin illik Ağ Kitabında öz əksini tapıb.

Ölkə hökumətinin iclasında rəsmən təsdiqlənən hesabatda Rusiyanın hipersəs raketləri kimi ən son silah növlərini inkişaf etdirməyə və yerləşdirməyə davam etdiyinə də diqqət çəkilib. Yaponiya Müdafiə Nazirliyi qeyd edir ki, Rusiya tərəfi əlavə olaraq “elektron müharibə sistemləri kimi asimmetrik imkanların” inkişafına böyük əhəmiyyət verir.

İllik hesabatda Rusiya Federasiyasının Ukrayna ərazisindəki hərəkətləri növbəti dəfə tənqid olunur. Sənəddə Ukraynadakı vəziyyətə 10 səhifəlik bölmə ayrılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu