Türkiyə Rusiya və Ukrayna ilə yeni taxıl dəhlizini müzakirə edir - Ərdoğan


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri ilə Qara dəniz taxıl sazişlərinin bərpası ilə bağlı danışıqlar apardığını, lakin hələlik nəticə olmadığını bildirib.


O, bu barədə ABŞ-da keçirilən NATO sammitindən qayıdarkən jurnalistlərə bildirib.

“Biz taxıl dəhlizinin açılmasını təklif edirik və indi həm Rusiya, həm də Ukrayna ilə bu məsələ ilə bağlı danışıqlar aparırıq Bu məsələləri Ukrayna Prezidenti cənab Vladimir Zelenski ilə NATO sammitində müzakirə etdik. Ümid edirəm ki, bu dəhlizi yenidən işə salacağıq”, – deyə o, qeyd edib.

Türkiyə lideri onu da xatırladıb ki, Türkiyə “Qara Dəniz Taxıl Təşəbbüsü” qüvvədə olduğu müddətdə bu təşəbbüs çərçivəsində ədalətli addımlar atıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu