Belarus cənub sərhədlərindən qoşunların çıxarılmasına başladığını elan edib


Belarus dərhal Ukrayna sərhədinə yerləşdirilən əlavə hərbi hissələrini geri çəkməyə başlayır.


AFN.az BelTA-ya istinadən xəbər verir ki, bunu respublikanın müdafiə naziri Viktor Xrenin prezident Aleksandr Lukaşenko ilə cənub əməliyyat istiqamətində hərbi təhlükəsizliyin təmin edilməsi məsələlərinə dair görüşdən sonra deyib.

"Biz görürük ki, cənub əməliyyat istiqamətində gərginlik səngiyir, ona görə də prezident müşavirənin yekunlarına əsasən qoşun qruplaşmasının əsasını xüsusi təyinatlı qüvvələrin təşkil etdiyi cənub əməliyyat istiqamətinin gücləndirilməsi ilə bağlı göstəriş verib ki, onlar sərhəd zonasından çıxarılaraq geri qaytarılsınlar. Biz dərhal bu tapşırığı yerinə yetirməyə başlayacağıq”, - deyə Xrenin qeyd edib.

Müdafiə naziri qeyd edib ki, cənub sərhədində vəziyyətə nəzarət etmək üçün sərhədyanı rayonlarda növbətçi kiçik qüvvələr və vasitələr qalacaq.

Lukaşenko görüş zamanı bildirib ki, Kiyevin əlavə qüvvələrin çıxarılması barədə qərarından sonra Ukrayna sərhədindəki gərginlik aradan qaldırılıb. Prezident əvvəllər sərhəddə yerləşdirilən Belarus bölmələrinin daimi dislokasiya yerlərinə qaytarılması barədə göstəriş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu