NASA "Europa Clipper" stansiyasının Yupiterə buraxılış tarixlərini təsdiqləyib


Avtomatik planetlərarası stansiya (AMS) "Europa Clipper" qrafikə uyğun olaraq Yupiterə buraxılacaq.


Bu barədə "SpaceNews" xəbər verir.

Milli Aeronavtika və Kosmos Administrasiyasının elm üzrə direktor müavini Nikki Foksun sözlərinə görə, AMS tranzistorları ilə bağlı problemlər həll olunacaq və stansiya oktyabrda kosmosa çıxacaq.

"ArsTechnica" bildirib ki, 2024-cü ildə işə salınması planlaşdırılan "Europa Clipper" stansiyası Yupiterin radiasiyasına qarşı həssasdır. NASA radiasiyanın cihaz sistemlərindən keçən elektrik cərəyanını tənzimləməkdən məsul olan stansiyanın bəzi MOS tranzistorlarına təsirini öyrənərək oxşar nəticələrə gəlib. Mütəxəssislər tərəfindən aparılan ölçmələr göstərib ki, yarımkeçirici elementlər AMS layihəsində nəzərdə tutulandan daha aşağı şüalanma dozalarında sıradan çıxır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu