“Vətən Bağı” ST İB Naxçıvanda "Müharibə iştirakçıları üçün biznes təlimləri" layihəsini yekunlaşdırdı


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu və "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında "Müharibə iştirakçıları üçün biznes təlimləri" layihəsi çərçivəsində sonuncu təlim baş tutub.


Təlimdən öncə ümummilli lider Heydər Əliyev və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin Naxçıvanda reallaşdırdığı layihə barədə məlumat verib. O cümlədən Naxçıvanda 7 təlimin baş tutmasında əməyi keçən hər bir kəsə təşəkkür edib.
22 İyul Milli Mətbuat gününün 149 illiyinə də toxunan natiq bu gün Naxçıvanda yerli medianın danılmaz fəaliyyətinə də toxunub, Muxtar Respublikada fəaliyyət göstərən jurnalistləri təbrik edib: "Bu gün paytaxtdan baxanda Naxçıvan mediasında canlanmanın şahidiyik. Bu, həqiqətən də həm oxuyucuya, həm də izləyiciyə xüsusi zövq verir. Fürsətdən istifadə edib qarşıdan gələn Milli Mətbuat günü münasibətilə sizi təbrik edirəm".
Daha sonra "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin sədri Mais Gülməmmədov çıxış edib. Naxçıvanda belə təlimlərə ehtiyac olduğunu bildirən birlik sədri "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinə və təlim iştirakçılarına uğurlar arzulayıb.
Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxışında qonaqları salamlayaraq təlimin faydalılığına toxunub. Uzun illər özünün də qeyri-hökumət təşkilatlarında çalışdığını deyən G.Orucova belə təlimlərin onlara gətirə biləcəyi uğurlardan danışıb: "Qeyri-hökumət təşkilatlarının əsas işlərindən biri də əhalinin maarifləndirilməsidir. Bu gün" Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin Naxçıvanda baş tutan bu təlimi inanıram ki, sizlərə də uğur qazandıracaq. Bu təlimlərin əsas donoru olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin də rolu danılmazdı və biz onların hər birinə təşəkkür edirik".
Tədbirdə "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinə verdikləri dəstəyə görə Muxtar Respublikanın 8 icra hakimiyyəti, "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyi, o cümlədən 22 iyul Milli Mətbuat günü münasibətilə Naxçıvan Televiziyası, "Şərq qapısı" qəzeti, "Nuhçıxan" İnformamasiya portalı, "Naxçıvan xəbərləri" saytı, “Baku TV”-nin və APA “Media Group”un Naxçıvan müxbirləri, həmçinin Azərbaycan Respublikası Prezidentinin Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəliyinin mətbuat katibi Günay Malikqızı hədiyyə plaketləri ilə mükafatlandırılıblar.
Sonra söz təlimçi Vüsal Novruzova verilib. Təlimin bu gün üçün aktuallığını diqqətə çatdıran Vüsal Novruzov onların bu sahədə görə biləcəyi işlərdən və ilkin olaraq atılacaq addımlardan danışıb. Dövlət Məşğulluq Agentliyinin və KOBİA-nın gələcək sahibkarlara verə biləcəyi dəstək haqda danışan təlimçi belə təlimlərin onlar üçün uğur yolunun başlanğıcı olduğunu qeyd edib: "Təlimə başlayanda biz pre test keçirdik. Yekunda isə post test keçirərək layihə rəhbəri ilə nəticələri müzakirə edirik. Geridə qalan 6 təlimin nəticələri yaxşıdı və bu isə keçirdiyimiz bu təlimlərin faydalılığını göstərir. Bu təlimdən sonra bizə müraciət edən şəhid ailələri üzvləri və qazilərimizin hər biri ilə fərdi söhbət aparırıq, biznes planının tərtib olunması, brendin yaradılması, loqo və sloqan seçimində yardımımızı əsirgəmirik. Ümidvarıq ki, hər təlimdən sonra biz yeni sahibkarı kəşf edirik".
Sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, müraciətlər dinlənilib, ilkin biznes mərhələsinə start vermək üçün lazımı bilgilər verilib.








































AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu