Bayden və fon der Leyen Kiyevə yardımı müzakirə ediblər


ABŞ prezidenti Co Bayden Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə telefonda Ukraynaya yardım və Rusiyaya qarşı tədbirləri müzakirə edib.


AFN.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir. Qeyd edilir ki, onlar Ukraynaya dəstək və Rusiyanı məsuliyyətə cəlb etmək səylərini müzakirə ediblər.

Bayden fon der Leyeni yenidən seçilməsi münasibətilə təbrik edib. "Onlar güclü ABŞ-Aİ münasibətlərinə və dünyanın ən böyük problemlərini həll etmək üçün birgə işləməyə sadiq olduqlarını bir daha təsdiqləyiblər" - deyə açıqlamada bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu