Tanınmış iqtisadçı-ekspert deputatlığa namizəd oldu
Tanınmış iqtisadçı-ekspert Əyyub Kərimli deputatlığa namizədliyini irəli sürüb.
“Cebheinfo.az” xəbər verir ki, o, növbədənkənar seçkilərə Nizami rayonu 24 saylı birinci seçki dairəsindən qatılacaq.
“Nizami rayon sakinlərinin dəstəyinə inanaraq 24 saylı birinci seçki dairəsindən müstəqil və bitərəf namizəd kimi seçkilərə qoşulmuşam. Bu gündən imza toplamaq prosesinə start verəcəyik. Hamınızın dəstəyinə, imzanıza böyük ehtiyac var”,-deyə o, seçicilərinə müraciətlə sosial şəbəkə hesabında bildirib.
Xatırladaq ki, Əyyub Zöhrab oğlu Kərimli 04 sentyabr 1976- cı ildə Naxçıvan şəhərində anadan olub. Ali təhsillidir. Dövlət İqtisad Universiteti və İstanbul Univeristetində magistr təhsili alıb. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. Əmək fəaliyyətinə tikinti trestində fəhlə vəzifəsindən başlayıb. 2003- cü ildə hərbi xidmətdə olub. 2007- ci ildən Dövlət İdarəçilik Akademiyasında kurs rəhbəri, aparıcı elmi işçi, müəllim vəzifəsində çalışıb. İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədridir. Ailəlidir, 3 övladı var. İqtisadçı-ekspert kimi tanınır. Bitərəf və müstəqil namizəd qismində Milli Məclisə növbədənkənar seçkilərində iştirak edir.