“Əl-Qaidə”nin azərbaycanlı üzvü həbs edildi


İnterpol tərəfindən axtarılan azərbaycanlı Moskvada tutulub.


Lent.az-ın əldə etdiyi məlumata görə, "Əl-Qaidə”nin üzvü olan 37 yaşlı Elxan İbrahimov cinayətkar birlik təşkil etməkdə və silahlı qruplar yaratmaqda ittiham olunur.

Elxan İbrahimov Suriyada "Cəbhət ən-Nusra”nın tərkibində ("Əl-Qaidə”nin yerli qolu) vuruşub.

Bundan başqa, müəyyən edilib ki, 2019-cu ildə Bakı məhkəməsi onun həbsinə order verib və İbrahimov Qazaxıstan vasitəsilə Rusiyaya qaçıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu